Odda qovrulan, odda yanan.
Qurbaniyəm, eşq əlindən büryanam,
Ta ölüncə mən o qıza qurbanam,
Qulluğunda gözü bağlı tərlanam,
Çalış şikar bəndin al, ondan öldür!
(“Qurbani”)
*
Başına döndüyüm, qurban olduğum,
Qoyma, Dəli Becan yarım apardı!
Alışıb oduna büryan olduğum,
Qoyma, Dəli Becan yarım apardı!
(“Abbas və Gülgəz”)
*
Məcnunu gör, əcəb lüt-üryan oldu,
Bağrım başı yandı, ha büryan oldu,
Od tutub cəsədim yanhayan oldu,
Durubdu qəsdimə ağ əllər indi!
(“Leyli və Məcnun”)